12px13px15px17px
Tarix:18/11/14

Yeni mobil brauzer təqdim edilib

“App Store” əlavələr mağazasında çıxan “Wildcard” mobil brauzeri internetdə informasiyadan istifadə üsulunu və ümumilikdə kontentlə əlaqəni dəyişməklə öz-özlüyündə interneti kartoçkalar kataloquna çevirir.
 
Əlavə səhifələri sadələşdirməklə yanaşı, hara istiqamətlənməyi də göstərir. “Wildcard”ın əsas səhifəsində populyar axtarış sorğuları və proqram alqoritminin istifadəçilər üçün maraqlı bildiyi müxtəlif kontentlərə linklər göstərilir.
 
Kontentlə internetdəki müxtəlif mənbələrin qarışığı olan yeni brauzerdə axtarış sürətli aparılır. Məsələn, xəbərləri oxumaq üçün müvafiq kartoçkanın üstünə vurmaq və tarixçə ilə tanış olmaq yetərlidir. Bu, xəbərləri “RSS” formatını quraşdırmadan və ya ayrıca əlavədən istifadə etmədən müxtəlif saytlardan sürətlə əldə etməyə imkan verir.
 
Axtarış sorğuları müxtəlif ola bilər, lakin onlar barədə məlumatlar fərdiləşmiş kartoçkalar üzrə yerləşdiriləcək. Burada istifadəçinin olduğu yer, onun maraq dairəsi və s. nəzərə alınacaq.
 
“Wildcard” daha çox alış-veriş etməyi sevənlər üçün faydalı olacaq. Siz bura, məsələn, mikrofon almaq istəmənizi daxil etməklə əlavə müxtəlif mikrofonlar barədə rəylər təqdim edəcək, eləcə də bircə toxunuşla alışı həyata keçirmək mümkün olacaq.
 
Əlavəni “App Store” əlavələr mağazasından pulsuz yükləmək olar, - “Vesti ” yazır.



Baxış sayı: 1037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024