12px13px15px17px
Tarix:18/11/14

“Microsoft” robotların köməyindən istifadə edəcək

"Microsoft" korporasiyası Silikon vadisində yerləşən şəxsi ofisi ətrafında patrul çəkmə və izləmə üçün robot işə götürmüş ilk şirkətlərdən biri olub.

Divar, zibil çənləri və başqa maneələri dəf etməyə qadir insan boyu hündürlüyündə və 136 kq çəkisində olan "Robokop"u "Windows" istehsalçısına Kaliforniyanın "Knightscope" startapı təqdim edib.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Knightscope" startapı 2013-cü ildən "K5" kimi tanınan robotu sınaqdan keçirir. Hazırda yeddi belə maşın yaradıb. Amma ilin sonunadək "Microsoft"dan başqa, adı hələ ki açıqlanmayan daha bir İT şirkəti bu robotlara sahiblənəcək.

"K5" robotu qeyri-adi davranışın müəyyən edilməsi üçün gərəklidir və ofis, ticarət mərkəzləri və məktəblərin mühafizəsində istifadə oluna bilər. Məsələn, əgər robot tanımadığı avtomobili və ya gecə binanın ətrafında kiminsə olduğunu görsə, bu haqda təhlükəsizlik pultuna məlumat verəcək. Robot xarici görünüşcə mehriban təəssürat oyadır və bortunda silah gəzdirmir. Bununla belə, müdaxilə edildiyi təqdirdə "K5" həyəcan siqnalını qoşaraq kömək çağıracaq.

"K5" müxtəlif elektronika (elektrik mühərriki, insanlarla əlaqə üçün "Wi-Fi", bir çox ötürücü, nömrəli nişanların tanınması funksiyasına malik dörd HD formatlı kamera) ilə təchiz edilib. Robotun avtonom iş vaxtı bir sutkadır.

Emil Hüseynov
 
 



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024