12px13px15px17px
Tarix:18/11/14

“Baku Startup Weekend” keçiriləcək

“Samsung Azərbaycan” şirkətinin əsas dəstəyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı və ADA-nın təşkilati dəstəyi ilə 21-23 noyabr tarixlərində “Baku Startup Weekend” tədbiri keçiriləcək.
 
 Təşkilat Komitəsindən bildirilib ki, “Startup Weekend” ideyaları ortaya çıxarmaq, fiziki şəxsləri və komandaları ruhlandırmaq üçün təşkil edilən liderlər və sahibkarların qlobal şəbəkəsidir. “Gəl, ideyanı paylaş, komanda işini göstər və layihəni həyata keçir” devizini əsas tutan “Startup Weekend” tədbiri 54 saatlıq tədbir biznes modelinin hazırlanması, kodlaşdırılması, dizayn edilməsi və bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərini əhatə edir:

 
“Həftə yerli sahibkarların investorlar qarşısında təqdimatı ilə başa çatır. Bu zaman investorlar layihəni tədqiq edir, yeri gəldikdə öz iradlarını da bildirirlər. Bununla yanaşı, layihə gənc sahibkarlara şirkətlərini tanıtmaq, yeni insanlara tanış olmaq, yeni bacarıqlar əldə etmək, standart 9-dan 5-ə olan iş gününü fərqli etmək, investisiya və yaxud həmtəsisçi əldə etmək şansı qazandırır”. Tədbir sahibkarlıq fəaliyyəti ilə yeni məşğul olmaq istəyənlər üçün də geniş imkanlar açır: “Əgər siz də qollarınızı çırmalayıb, sahibkarlıq fəaliyyətinə başlamaq istəyirsinizsə, dayanmayın, həyatınızın ən gözəl həftə sonunu keçirmək üçün qeydiyyatdan keçin.
 

TK-dan bildirilib ki, “Startap həftəsi” bu günə qədər olan ən nəhəng “Global Startup Battle” yarışı çərçivəsində keçiriləcək:
 
“Qaliblər möhtəşəm hədiyyələrlə mükafatlandırılacaqlar. Bu, Bakıda keçiriləcək üçüncü “Startap həftəsi” olacaq. “Baku Startup Weekend” tədbirinə çox möhtəşəm beynəlxalq spikerlər, təlimçilər dəvət olunub”. Dəvətlilər sırasında startap aləmində tanınan Sang Pil Chun, Alper Celen, Kerim Selekie, Anna Degtereva, Şeyx Şuvo var. Sang Pil Chun “Samsung”-un Qafqaz üzrə rəhbəridir. “Samsung”-un Strateji planlaşdırma qrupuna və qlobal biznes innovasiya təşəbbüslərinə 10 il uğurla rəhbərlik etdikdən sonra Rusiyada marketinq direktoru təyin olunub.
 
Alper Celen isə sahibkar və investordur. Vaxtilə “McKinsey” və “Nokia”da işləyib, daha sonra həmtəsisçi taparaq, bir çox startaplarına investisiya alıb. Kerim Selekie isə “Oasis 500”-ün Yaxın Şərqdəki investisiya meneceridir. Bundan başqa, təcrübəsində bir çox şirkətlərin adı var. Kərimin iş günləri “Oasis 500” ailəsinin 70-dən çox şirkəti ilə işləməklə keçir.
 
O, sözügedən şirkətlərə təsisçi, sərmayədar tapmaqda köməklik edir. Anna Degtereva isə “Happy Farm”-ın yaradıcısı və icraçı direktorudur. Anna həmçinin Kiyevdə 4-5 dekabrda keçiriləcək “Europe Venture Summit /Startup AddVenture” tədbirinin əsas tərəfdaşlarından biridir. Şeyx Şuvo isə “UP qlobal”-ın regional meneceridir. O, dünyada sahibkarlıq biznesinə kömək işini qurur.
Tədbirin iştirakçılara verəcəyi üstünlüklərə gəlincə, “Startup Weekend” öz şəbəkəsini qurmaq; möhtəşəm beynəlxalq sahibkarlar və investorlarla görüşmək; ən yaxşı investor və sahibkarları, eləcə də həmtəsisçi tapmaq; yeni bacarıqlar əldə etmək; qlobal kommunikasiyaya qoşulmaq; biznes qurmaq; liderlərlə üzbəüz danışmaq şansı qazandırır.
 
 
Qeyd edək ki, “Samsung”, “Happy Farm” və “Galaxy Store” qalib iştirakçılara təqdim olunacaq hədiyyələrin sponsorudur. Təşkilat Komitəsindən bildirilib ki, “Samsung” və “Galaxy” möhtəşəm texnoloji avadanlıqlar, “Happy Farm” Kiyevdəki “Startup Addventure”-yə pulsuz bilet, aviabilet və yemək xərclərini ödəyəcək.
 
 

Həqiqət İSABALAYEVA



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024