12px13px15px17px
Tarix:01/09/11

Almaniyada Çingiz Mustafayevlə bağlı poçt markası

Almaniyanın Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasi”nın prezidenti, həmvətənlimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Üç min tirajla buraxılan markanın üzərində Azərbaycan Respublikasının bayrağı və Çingiz Mustafayevin şəkli ilə yanaşı, ingilis dilində “Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev” sözləri yazılıb.



Baxış sayı: 2022

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020