12px13px15px17px
Tarix:19/11/14

Oksford lüğəti ilin sözünü seçib

İngilis dili üzrə Oksford lüğətinin versiyasına görə, elektron siqaretlərin çəkilməsini bildirən “vape” feli 2014-cü ilin sözü seçilib. Bu barədə Oksford lüğətinin rəsmi bloqunda deyilir.  
 
“to vape” felinin tərifi 2014-cü ilin avqustunda yaranıb. Sözün hərfi mənası elektron siqaret və ya digər oxşar qurğuların buraxdığı tüstünü nəfəsə almaq deməkdir. Leksikoloqlar seçimlərini elektron siqaretlərin populyarlığının artması ilə izah ediblər. “vape” sözündən istifadə 2014-cü ilin aprelində - Londonda ilk profilli “vape” kafe açılanda və Nyu-Yorkda elektron siqaretlərin binalarda çəkilməsinə qarşı etiraz aksiyalarının keçirilməsi zamanı kəskin artıb.
 
İlin sözü adına namizədlər siyahısına həmçinin “normcore” (diqqəti cəlb etməyən geyimi dəbli kimi geyinmək), “contactless” (kontaktsız - telefon, smart kart və s. oxşar qurğuların simsiz birləşdirilməsi texnologiyası haqqında) və “slacktivism” (internetdə insandan xüsusi səylər tələb etməyən siyasi aksiyalarda iştirak, məsələn, onlayn petisiyanı imzalamaq) daxildir.
 
İngilis dilinin digər lüğətinin (Collins English Dictionary) versiyasına görə, ilin sözü “to photobomb” feli olub. Söz nəşrdə belə izah edilir: “fotoşəkildə subyektin icazəsi olmadan görünmək”, - "Lenta” yazır.



Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024