12px13px15px17px
Tarix:19/11/14

Kibercinayətkarların qurbanlarının sayı 1 milyarda yaxınlaşır

2014-cü ilin ilk beş ayı ərzində 1922 təsdiq olunmuş kiberinsident hadisəsi qeydə alınıb. Həmçinin 20 insident 1 milyondan çox məlumatın başqasının əleyhinə kompromat kimi istifadəsinə səbəb olub.
Cinayətkarların fəaliyyəti nəticəsində kompromat edilən məlumatın ümumi sayı 904 milyona çatır.
 
Belə ki, “Risk Based Security” analitik şirkətinin məlumatına görə, cari ilin ilk doqquz ayında qeydə alınan kiberinsidentlərin 85 faizində söhbət haker hücumundan (sistemin işinə kənardan müdaxilə) gedir. Yuxarıda qeyd olunan 20 insidentin 3-də 489 milyon informasiyaya müdaxilə edilib.
 
2014-cü ildə parol, login, elektron poçt ünvanı və fərdi məlumatlar (adlar, doğum tarixi, ünvanlar, sosial təminat nömrələri və s.) kibercinayətkarların əsas hədəfinə çevrilib.
 
“Home Depot”, “JPMorgan Chase”, “Michaels”, “Neiman Marcus”, “Orange”, “American Express” və “Community Health Systems” şirkətlərinin müştərilərinin qurbanı olduğu insidentlər ən böyük insidentlər hesab edilir. Ekspertlər hesab edirlər ki, kibercinayətkarların uğur qazanmasına bu şirkətlərin şaxələnmiş infrastrukturu yardımçı olub.
Ekspertlərin fikrincə, kibercinayətkarlıq fəaliyyətinin kütləvi xarakter almasına görə yaxın zamanlarda müştəri bu və ya digər şirkətə xidmət üçün müraciət etməzdən əvvəl onun sisteminin təhlükəsizliyi ilə maraqlanacaq, - "SecurityLab” yazır.



Baxış sayı: 793

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024