12px13px15px17px
Tarix:19/11/14

Oktyabr ayında e-xidmətlərinə ən çox müraciət olunan dövlət qurumları müəyyən olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) oktyabr ayı ərzində “Elektron hökumət” portalı üzərindən göstərilən elektron xidmətlərdən istifadə statistikasına əsasən ən çox müraciət olunan 5 dövlət qurumunu müəyyənləşdirib.
 
Ötən ay e-xidmətlərindən istifadə sayına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilk yeri tutur. Nazirliyin 6 xidməti ən aktual xidmətlər sırasında olub.  ƏƏSMN-in “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətlərinə ölkədə əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasına qoyulan tələblə əlaqədar olaraq maraq artıb, sözügedən xidmətlər ən aktual e-xidmətlər sırasına yüksəlib. Ümumilikdə, ƏƏSMN-in təqdim etdiyi 6 xidmətdən 302191 dəfə istifadə olunub.
 
Elektron xidmətlərindən ən çox istifadə edilən 5 qurum sırasında ikinci mövqedə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) dayanır. RYTN-in xidmətlərindən 137019 dəfə istifadə qeydə alınıb. “Telefon nömrəsi üzrə axtarış”, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və “Mobil cihazların IMEI kodunun yoxlanılması və qeydiyyata alınması” xidmətləri ən çox istifadə olunanlar sırasında yer alır.
 
Siyahıda 3-cü olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatın verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” xidmətləri ilə yanaşı, 17 elektron xidməti aktual istifadə olunanlar sırasındadır. Xidmətlərə 65131 dəfə müraciət olunub.
 
Ən çox müraciət olunan qurumlar sırasında 4-cü mövqedə dayanan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) 39 xidməti üzrə 7188 dəfə istifadə qeydə alınıb.
 
Beşinci yerdə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) qərar tutur. Komissiyanın 6 xidmətindən 5774 dəfə istifadə edilib.
 
CAHANGİR
 



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024