12px13px15px17px
Tarix:19/11/14

İl ərzində Hindistanda kibercinayətlərin sayı 300 faiz artıb

2013-cü ildən Hindistanın iri şəhərlərindən biri Mumbayda kibercinayətlərin sayı 300 faiz artıb.

Şəhər polisinin təqdim etdiyi statistik məlumatlara əsasən, 2014-cü ilin doqquz ayında fişinq hücumlarının, müdaxilələrin və Nigeriya vətəndaşları tərəfindən edilən fırıldaqçılıq hallarının sayı 36-ya çatıb, halbuki ötən ilin müvafiq dövründə 9 belə insident qeydə alınıb. 
 
2013-cü ildə Mumbayda törədilən kibercinayətlərin ümumi sayı isə 136 təşkil edilib. Cari ilin üç rübündə uğurlu kiberhücumların sayı 418-ə çatıb.
 
Fırıldaqçılar adətən istifadəçinin elektron poçtuna müdaxilə edərək onun kontaktlar siyahısından fişinq bildirişlərin göndərilməsi üçün istifadə edirlər. Kibercinayətkarlar tərəfindən göndərilən məktublarda çox vaxt böyük uduş haqqında bildirilir. Cinayətkarlar qurbanlarına pul köçürməsi ilə əlaqədar xərcləri, rüsumu, udulan məbləğin Hindistan rupisinə dəyişdirilməsi üçün xərcləri ödəməyi təklif edirlər.
 
Kiberfırıldaqçıların yalan bəhanə ilə qurbanlarından aldıqları bütün pul vəsaitləri Hindistan bankında hesaba daxil olur. Hesab sahibləri adətən internet fırıldaqçılığına yardıma görə mükafat alan hindistanlılar olur.
 
Hindistan polisi kibercinayətkarlıqla mübarizə üçün tədbirlər görərək işə kibertəhlükəsizlik sahəsi ekspertlərini qəbul edir, eləcə də vətəndaşları internetdəki ən populyar fırıldaqçılıq üsulları barədə məlumatlandırır, - "Payspace” yazır.

 



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024