12px13px15px17px
Tarix:19/11/14

Dünyada “Windows Phone” platforması ilə işləyən 50 milyondan çox “Lumia” smartfonu satılıb

Almaniyada keçirilmiş mətbuat konfransında “Microsoft” korporasiyası “Windows Phone” platformasının uğurları və bu əməliyyat sistemi ilə işləyən şirkətin smartfonları haqda məlumat açıqlayıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bəyanata əsasən, hazırda bütün dünyada “Lumia” seriyasına məxsus 50 milyondan çox telefon aktivləşdirilib.
 
Proqram nəhəngi aktivləşdirilmiş 50 milyon qurğudan neçəsinin insanların istifadəsində olduğunu dəqiqləşdirməyib. Müqayisə üçün, 2014-cü ilin yalnız  üçüncü rübündə “Apple” şirkəti təxminən 40 milyon “iPhone” satıb.
 
“Microsoft”un nümayəndəsi bildirib ki, “Windows Phone Store” mağazasında tətbiqlərin sayı 320 mini ötüb. 2014-cü ilin avqustunda tətbiqlərin sayı 300 min olub. “Apple App Store” və “Google Play” onalyn mağazalarında 1 milyondan çox proqram və oyun yerləşdirilib.
 
Emil Hüseynov
 



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024