12px13px15px17px
Tarix:20/11/14

Azərbaycan Milli Elmlər Akademiyası və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Macarıstan – Azərbaycan Biznes Forumu çərçivəsində Macarıstan Milli İnnovasiya Ofisinin rəhbəri Endre Spaller və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev imzalayıb.
 
Sənəddə elmi-texniki və innovativ sahələr üzrə tərəfdaşlığın üstünlükləri, onların milli iqtisadiyyatların və hər iki ölkənin tərəqqisindəki vacibliyi vurğulanıb, həmçinin əməkdaşlığın təşviqi və təbliği mühüm hesab edilib.
 
Tədbirdə elmi-texniki və innovasiya üzrə beynəlxalq əməkdaşlığın Macarıstan və Azərbaycanın tədqiqat cəmiyyətləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrini gücləndirəcəyinə inam ifadə olunub.
Bildirilib ki, memorandumda tərəflərin razılaşdırdığı sahələr üzrə layihələrin keçirilməsi, eyni zamanda alim və mütəxəssislərin qarşılıqlı mübadiləsi, birgə konfrans, simpozium, seminar və digər tədbirlərin təşkil olunması, elmi müəssisələr arasında texnologiyalar mübadiləsinin aparılması, həmçinin çoxtərəfli və regional elmi, texnoloji və inkişaf proqram və layihələrində iştirakın və əməkdaşlığın dəstəklənməsi nəzərdə tutulub.
 
 



Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024