12px13px15px17px
Tarix:21/11/14

2015-ci ildə kiberhücumların sayı azalacaq

İnformasiya təhlükəsizliyi (İB) sahəsində həllərin hazırlanması ilə məşğul olan “Websense” şirkəti istifadəçilərin fərdi kompüter və mobil qurğularına edilən kiberhücumların sayının azalmasını proqnozlaşdırır.

Bununla belə, onlar ehtimal edir ki,  fırıldaqçılıq hücumlarının mürəkkəbliyi artaraq daha məqsədyönlü hal alacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər xəbərdarlıq edirlər ki, bir çox mobil tətbiqlər avtomatik giriş sistemlərindən istifadə edir və kibercinayətkarlar istifadəçilərin qeydiyyat məlumatlarının ələ keçirilməsi üçün bundan istifadə edəcəklər.
 
"Kiberhücumların xarakteri dəyişir: şəxsi identifikasiya informasiyasını (Personally Identifiable Information, PII) ələ keçirmiş cinayətkarlar ondan daha sonra istifadə edə bilərlər. Gələcəkdə belə hücumların güclənəcəyi gözlənilir" – “Websense”in satış meneceri Acay Dubey belə deyib.
 
Ekspertlər, həmçinin səhiyyə sektorunda kiberfırıldaqçıların yüksək aktivliyini gözləyirlər. Çünki ələ keçirilmiş tibbi məlumatlardan müxtəlif hücum və fırıldaqçılıq növləri üçün istifadə mümkündür.
"Xəstələr haqda məlumatın rəqəmli formata keçirilməsi ilə əlaqədar tibbi müəssisələrin əksəriyyəti fərdi məlumatların mühafizəsinə daha çox diqqət ayırmağa başlayıb" – “Websense” şirkətinin tədqiqatında yazılıb.
 
Mütəxəssislər bildiriblər ki, ümumilikdə dünya qlobal kibermüharibənin astanasındadır.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 1086

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024