12px13px15px17px
Tarix:07/06/11

“Mac OS X Lion” əməliyyat sistemi iyulda satışda olacaq

”Apple” şirkəti Lion kod adı altında Mac OS X əməliyyat sisteminin növbəti nəslini nümayiş etdirib. San-Fransiskoda. 6 iyunda başlanan nümayiş WWDC konfransı çərçivəsində baş tutub.
Yeni əməliyyat sistemi 250-dən çox yeni funksiyanı özündə ehtiva edir. Həmin funksiyalardan bir çoxu mobil əməliyyat sistemi iOS-dan götürülüb. Tam ekran rejimində iWork və iLife paketlərindən proqramlar, Safari, iTunes brauzeri, poçt klienti, FaceTime videoçatı və digər proqram təminatları işləyəcək.
“Mac OS X Lion” əməliyyat sisteminə kompyuterdə icra edilən bütün proqramlara bir pəncərədə baxmaq üçün Mission Control funksiyası və Launchpad paneli əlavə edilib. Əməliyyat sisteminə “Mac App Store” proqram təminatı mağazası inteqrasiya edilib. Əməliyyat sistemi tərkibinə, həmçinin digər Mac kompyuterləri ilə simsiz şəbəkə üzrə sürətli fayl mübadiləsi üçün AirDrop utiliti əlavə edilib.
“Mac OS X Lion” əməliyyat sistemini yalnız “Mac App Store” vasitəsilə 29,99 dollar qiymətinə əldə etmək olar. Əməliyyat sistemi mağazada iyul ayında olacaq.
“Mac OS X Lion” əməliyyat sisteminin təqdimatını Stiv Cobs və “Apple”in marketinq üzrə prezidenti Fil Şiller keçirib.



Baxış sayı: 1151

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024