12px13px15px17px
Tarix:21/11/14

Elektron Mediaya Yardım Fondunun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» layihəsi çərçivəsində monitorinqlər başa çatıb

Noyabrın 25-də Milli Televiziya və Radio Şurasında  Elektron Mediaya Yardım Fondunun  «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi üzrə monitorinqlərinin nəticələri açıqlanacaq.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, monitorinqlər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.
 
Bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin)  monitorinqlərinin nəticələrinə dair konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
 
 
Aynur Vəliyeva 
 
 



Baxış sayı: 897

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024