12px13px15px17px
Tarix:22/11/14

“Millikart” Çin milli ödəniş sisteminin plastik kartlarını qəbul edəcək

“MilliKart Group” və aparıcı ödəniş sistemlərindən olan “UnionPay İnternational”
tərəfdaşlıq razılaşmasını imzalayıb və həmin sistemin ödəniş kartlarını qəbul etmək üçün Azərbaycanda ilk layihəyə başlayıb.
 
 
“MilliKart Group”dan verilən məlumata görə, layihə “MilliKart”da xidmət olunan bankların POS-terminal və bankomatları vasitəsilə “UnionPay İnternational” sisteminin plastik kartlarının qəbulunu (ekvayrinq) nəzərdə tutur. Beləliklə, “UnionPay İnternational” kart sahibləri bankomatlardan həm nağd vəsaitin çıxarılması, həm də müxtəlif mal və xidmətləri ödəməyə müvəffəq olacaqlar.
 
 
Qeyd edək ki, “UnionPay İnternational” Çin Xalq Respublikasının Dövlət Şurası və Milli Bankı tərəfindən 2002-ci ildə yaradılmış Çin milli ödəniş sistemidir. “UnionPay İnternational” buraxılmış plastik kartların sayı üzrə dünyada birinci və kartların dövriyyəsi üzrə ikinci mövqeyə sahibdir.
 
 
Cahangir
 



Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024