12px13px15px17px
Tarix:24/11/14

Britaniyalı dünyanın ən hündür binasında “selfi” çəkib

“The Telegraph” nəşri yazır ki, britaniyalı fotoqraf Cerald Donovan planetin ən hündür binasında – “Bürc Xəlifə” göydələnində “selfi” çəkib.

Cəsarətli britaniyalı 830 metr hündürlüyündə binaya qalxaraq fotoşəkillər çəkib. Bu fotoşəkillər “Dubai 360” layihəsinin bir hissəsi olacaq: layihə çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri üzrə virtual tur yaradılır.

"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, 47 il bundan əvvəl İngiltərənin kiçik Çentelxem şəhərində doğulmuş Donovan artıq 7 ildir BƏƏ-də yaşayır və “iPhone”da tətbiqin köməyi ilə idarə olunan xüsusi panorama kamerasından istifadə edib. “Ricoh Theta” kamerası sferik panoramlar çəkməyə imkan verir.

"Mən “selfi” çəkməyi sevənlərdən deyiləm. Ancaq bu vəziyyətdə belə imkanı əldən qaçırmaq olmazdı" – britaniyalı deyib. Bundan başqa, o, “Dubai 360” layihəsi haqqında danışıb: "İdeya Dubay şəhərinin gözəlliklərini bütün dünyaya tanıtmaqdan ibarətdir. İnsanlar virtual şəkildə şəhərdə ola və planetin istənilən nöqtəsindən onun görünüşünü izləyə biləcəklər".


Emil Hüseynov
 



Baxış sayı: 1188

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024