12px13px15px17px
Tarix:24/11/14

“eManat” terminallarının sayı 1600-ü keçib


 Bu ilin mart ayında işə başlayan “Modenis” şirkətinin “eManat” terminallarının sayı 1600-ü keçib.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu ilin sonunadək “eManat” şəbəkəsində ödəniş terminallarının sayının 1700-dək artırılması gözlənilir.
 
Hazırda  “eManat” terminalları Bakının və bölgələrin ən müxtəlif  ictimai məkanlarında quraşdırılıb. Ödəmə terminalları vasitəsi ilə kommunal xidmətlər, mobil rabitə, internet, bank kreditlərinin geri ödənişi, bank kartları və s. ödənişləri həyata keçirmək mümkündür.
 
“eManat”  vasitəsilə ödəmə xidmətləri pulsuzdur. Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir. Terminallarda “Kassam.az” onlayn ödəmə sisteminin balansını artırmaq, kommunal xidmət, mobil operator, İnternet, TV, bank, oyun və s. ödənişləri “eManat” terminalında edib rahatlıq və dəqiqlikdən faydalanmaq olar.
 
Aynur Vəliyeva 
 
 
 




Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024