12px13px15px17px
Tarix:24/11/14

Azərbaycanın elektron dərslik portalına yeni dərsliklər əlavə olunub

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni “www.e-derslik.edu.az” elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.
 
Nazirlikdən verilən məlumata görə, artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər.
 
Ümumilikdə 20 elektron dərsliyin olduğu portaldan bu günə qədər istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfər təşkil edir.
 
Portalda daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb.
 
Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.
 
 
CAHANGİR



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024