12px13px15px17px
Tarix:24/11/14

“e-Gov 3.0: İnkişaf meyilləri və yeni imkanlar” mövzusunda konfrans keçiriləcək

3 dekabr 2014-cü il tarixində saat 9:00-da ənənəvi təşkil olunan "Bakutel 2014" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində  Azərbaycan Respublikasının  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "Microsoft" Korporasiyasının təşkilatçılığı ilə  "eGov3.0: İnkişaf meyilləri  və yeni imkanlar" mövzusunda Beynəlxalq Forum keçiriləcəkdir.

Forum elektron idarəçilik və elektron hökumət sahəsində müxtəlif dünya ölkələrinin qabaqcıl təcrübə və innovativ həllərinin, gələcək inkişaf trendlərinin müəyyən edilməsi sahəsində fikir mübadiləsi üçün platforma kimi çıxış edir.

Forumun əsas məqsədi müxtəlif hökumət qurumları, ölkə nümayəndələri, xarici və yerli mütəxəssislər, alimlər arasında təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır.

Forum zamanı aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur:
  • E-hökumətin gələcək inkişaf trendləri;
  • İnformasiya cəmiyyətinin formalaşmasında müasir elektron hökumət həllərinin rolu;
  • Vətəndaşyönlü qabaqcıl e-hökumət həlləri;
  • E-idarəçilik və infrastrukturun təkmilləşdirilməsi;
  • Biznes, bankçılıq, e-təhsil, e-ödəmə, e-nəqliyyat və digər qlobal trendlər;
     
Forumda iştirak qeydiyyat üzrədir.

Qeydiyyat üçün 28 noyabr tarixinədək "egov2014@egovforum.az" mail ünvanına aşağıdakı məlumatların göndərilməsini rica edirik:
  • Ad, soyad
  • Şəxsiyyət vəsiqəsinin nömrəsi
  • Telefon
  • E-mail
  • Məşğuliyyət (iş və ya təhsil yeri)

Konfransın işçi dili: – Azərbaycan, ingilis və rus  dili

Forumun keçirilmə yeri – Bakı Ekspo Mərkəzi

Son qeydiyyat tarixi – 28 noyabr 2014
 
Foruma çatdırılma ilə bağlı seçiləcək iştirakçılara məlumat veriləcəkdir.
Forum çərçivəsində kofe-breyk və nahar təşkilatçılar tərəfindən təmin ediləcəkdir.



Baxış sayı: 977

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024