12px13px15px17px
Tarix:26/11/14

“Google” parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün xüsusi qaşıq buraxıb

ABŞ-ın “Google” şirkəti parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün "ağıllı" qaşıq (Liftware Spoon) satışlara start verib. Cihaz bu xəstəlikdən əziyyət çəkən xəstələrin əl əzələlərinin güclü titrəməsinə baxmayaraq, onlara qidanı sərbəst qəbul etməyə imkan verəcək.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qurğunun quraşdırılması ilə innovativ tibbi avadanlıq üzrə “Lift Labs”  şirkətinin mühəndisləri məşğul olur. “Google” bu şirkəti sentyabrda satın alıb. “Lift Labs” şirkətindən bildirilib ki, qidanın qəbulu zamanı xüsusi qulp sayəsində qaşığın titrəməsi 76% azalır.
 
"Mənim xəstələrimin bəziləri sərbəst qidalana bilmir və onlara kömək etmək lazımdır, indi yeni cihaz olduğu halda onlar sərbəst qidalana biləcək – San-Fransiskoda Kaliforniya Universitetinin nevroloqu Cill Ostrem deyib. – Cihaz diaqnoza təsir etməyəcək, amma xəstələrin sərbəst qidalanmasına kömək edəcək".
 
Belə qaşığın qiyməti 295 dollar təşkil edir.
 
Emil Hüseynov
 



Baxış sayı: 416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım 

15 09 2019