12px13px15px17px
Tarix:26/11/14

Rusiya və Vyetnam rabitə, İT və kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair saziş imzalayıb

Rusiya Federasiyası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında rabitə, informasiya texnologiyaları (İT) və kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
 
Rusiya tərəfdən sənədi rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov, Vyetnam tərəfdən informasiya və kommunikasiya nazirinin müavini Nquen Min Honq imzalayıb.
 
Saziş bütün növ poçt göndərişlərinin maneəsiz daşınması üçün şəraitin təmin edilməsini, hər iki dövlətin telekommunikasiya bazarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsini, peyklərin orbital tezlik resurslarının qeydiyyatını və birgə istifadəsini, eləcə də birgə teleradio proqramlarının yaradılması mexanizmini, rabitə, İT və kütləvi kommunikasiyalar sahəsində peşəkar mütəxəssis hazırlığını, tədqiqatların dəstəklənməsini, rabitə, İT və kütləvi kommunikasiyalar sahəsində qabaqcıl texnologiyaların hazırlanması və təqdim edilməsini və s. nəzərdə tutur.

Bundan başqa, ölkələr əməkdaşlıq çərçivəsində dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün elektron hökumətin formalaşdırılması məsələləri üzrə informasiya və təcrübə mübadiləsi edəcəklər, - "CNews” yazır.



Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024