12px13px15px17px
Tarix:27/11/14

“Onecue” qurğusu ev cihazlarını jestlərin köməyi ilə idarə etməyə imkan verəcək

“EyeSight” şirkətinin hazırladığı “Onecue” adlı qurğu müasir rəqəmli ev sahiblərini uzaq məsafədən idarəetmə funksiyasına malik çoxsaylı pultlardan azad edəcək.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, istifadəçilər “Onecue” qurğusunun köməyi ilə ev elektronikasını intuitiv jestlərlə idarə edəcəklər. Məsələn, reklam zamanı televizorun səsini almaq üçün barmağı dodaqlara yaxınlaşdırmaq kifayət edəcək.

“Onecue” yalnız televizorları deyil, həm də başqa qurğuları idarə etməyə imkan verir: televiziya konsollarını, akustik sistemləri, DVD və Blu-Ray pleyerləri, həmçinin "ağıllı" evin bəzi sistemlərini.
“Android” və “iOS” platformaları ilə işləyən smartfonlar üçün əlçatan xüsusi mobil tətbiqin köməyi ilə “Onecue” qurğusunun ilkin iş sazlaması edilir.

Hazırda “eyesight” şirkəti “Onecue” qurğusu üçün ilkin sifarişləri qəbul edir. Ağ, qara, qırmızı və ya göy rəngdə əlçatan olan qurğunun qiyməti 129 ABŞ dolları təşkil edir.

Emil Hüseynov
 




Baxış sayı: 480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 Avqust 2020

10/08/20
Çində “iPhone” smartfonlarının satışı təhlükə altındadır

ABŞ Prezidenti Donald Tramp “TikTok” və “WeChat” servisləri ilə mübarizə üzrə verdiyi fərmanlarla Çində &ldqu

10/08/20
“Toshiba” noutbuklar bazarını tərk edib

Yaponiyanın “Toshiba” korporasiyası “Dynabook” şirkətində malik olduğu payını sataraq noutbuk istehsalı üzrə biznesi tam

10/08/20
“TikTok” və “Twitter” birləşə bilər

ABŞ-ın “Twitter” mikrobloqlar servisi və Çinin “TikTok” sosial şəbəkəsi arasında mümkün birləşmə 

09 08 2020