12px13px15px17px
Tarix:27/11/14

ABŞ-da “Ebola”ya qarşı vaksinin uğurlu klinik sınaqları keçirilib

ABŞ-da "Ebola" virusuna qarşı eksperimental vaksinin ilk klinik sınaqları keçirilib. Vaksinin sınaqları iyirmi könüllünün üzərində keçirilərək müsbət nəticələr əldə olunub.

Belə ki, xəstələrdən hər birinin immun sistemi "Ebola" virusuna qarşı anticisimlər hasil etməyə başlayıb və bu halda iki könüllüdə qısamüddətli qızdırmanın artmasından başqa əks göstəricilər qeydə alınmayıb.
 
Ağ Ev alimlərin uğurunu alqışlayıb. Dekabrın 2-də Prezident Barak Obama ölümcül təhlükəli xəstəliklə mübarizə aparan alimlərə şəxsən təşəkkür etmək üçün vaksinin hazırlandığı Milli Allergik və İnfeksion Xəstəliklər İnstitutuna gələcək. 2015-ci ildə ölkə prezidenti Konqresi virusla mübarizə üçün əlavə büdcə vəsaitləri ayırmağa çağıracaq.
 
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, virus qurbanlarının sayı 5,7 min nəfərə çatıb. Daha çox ölüm halları Qərbi Afrikanın üç ölkəsində – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb. Bundan başqa, 16 min nəfər bu virusa yoluxub, - "TASS" yazır.



Baxış sayı: 1269

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024