12px13px15px17px
Tarix:27/11/14

Azərbaycanda yeni “cluster” və paralel hesablama texnologiyası yaradılıb

Azərbaycanda server və yüksək hesablama əməliyyatına malik olan yeni “cluster” və paralel hesablama texnologiyası yaradılıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni “ULC Computing Systems” paketini istənilən proqram təminatına əlavə edib, bir-birinə bağlı server və yüksək hesablama əməliyyatına malik “cluster” və paralel hesablamalar həyata keçirmək olar.
 
Bu proqram paketi, şirkətlərin və müəssisələrin istifadəçilərinin və ya əməliyyatlarının sayı artdığı halda yüksək qiymətli serverlərə sərf olunan məbləğın kəskin şəkildə azalmasına gətirib çıxarır.
 
Layihə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşib. Layihənin reallaşmasına fond tərəfindən 20 min manat ayrılıb.
 
Aynur Vəliyeva  
 
 



Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024