12px13px15px17px
Tarix:27/11/14

“Apple” şirkəti “iPhone 5c”-nin istehsalını 2015-ci ildə dayandıracaq

"Apple" şirkəti 2015-ci ildə "iPhone 4S" ilə yanaşı, "iPhone 5c"-nin istehsalını da dayandıracağını elan edib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, beləliklə, "Apple" öz assortimentində yalnız barmaq izləri sensoru olan smarfonlarını saxlayacaq.

"iPhone 5c" 2013-cü ilin sentyabr ayında, aşağı qiymətli "iPhone 5S" smartfonu ilə birgə təqdim edilib. Hazırda "iPhone 5c" smarfonunun qiyməti 417.9 dollar - yəni "iPhone 5S"-nin baza modelindən 210 dolar daha ucuz.

Qurğu "Apple" şirkətinin ucuz smartfon bazarına ilk cəhdi idi. Lakin onun qiyməti hələ də Asiyada istehsal edilən analoqlardan daha bahadır.

Məhz buna görə də telefon "iPhone 5S"-dən fərqli olaraq böyük populyarlıq əldə edə bilməyib və "Apple" şirkəti bu modelin istehsalını məhdudlaşdırıb.
 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024