12px13px15px17px
Tarix:27/11/14

99.99 dollarlıq planşet satışa çıxarılıb

“HP” şirkəti “Windows” ilə işləyən 99,99 dollarlıq planşetini buraxıb.

İkinci fərdi kompüter istehsalçısı “Hewlett-Packard” “Microsoft”a verdiyi vədinə (istehlakçılara 100 dollaradək qiymətdə “Windows” ilə işləyən planşet təklifi) yerinə yetirib. Yeni qurğunun dəyəri 99,99 dollar təşkil edir.



"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “HP Stream 7” planşeti 1280x800 piksel təsvir ölçülü 7 düymlük  ekrana malikdir. Planşet 1.8 QHs takt tezlikli dördnüvəli “Intel Atom Z3735G” prosessoru və daxili “Intel HD Graphics” qrafik kontrolleri ilə təchiz edilib.

Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 32 QB tutumunda daşıyıcı ilə təchiz edilib. Planşet “microSD” yaddaş kartlarını dəstəkləyir.

Qurğu qulaqlıqların qoşulması üçün konnektora və “Micro-USB” portuna  malikdir. “Wi-Fi 802.11b/g/n”-ni dəstəkləyir. Arxa və ön kameralar var.

Planşetin çəkisi 363 qramdır.

“HP Stream 7” planşeti 3000 milliamper/saat həcmində akkumulyatorla təchiz edilib. Qurğunun avtonom iş vaxtı 8 saat təşkil edir.

“HP Stream 7” planşetini hələ ki yalnız ABŞ-da satın almaq olar.

Emil Hüseynov
 



Baxış sayı: 383

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım 

15 09 2019