12px13px15px17px
Tarix:27/11/14

“ICANN” ərəbdilli istifadəçilər üçün internet terminləri lüğəti konsepsiyası üzərində işi başa çatdırıb

“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası YUNESKO ilə birlikdə ərəbdilli istifadəçilər üçün internet terminləri lüğəti konsepsiyası üzərində işi başa çatdırıb. 
 
Korporasiya internetin idarə olunması və qlobal şəbəkənin inkişafı prosesində bütün maraqlı tərəflərin tamhüquqlu iştirakını vacib sayır. “ICANN” təmsilçiləri hesab edirlər ki, bu və ya digər dildə lazımi internet terminologiyasının olmaması hazırda həmin dil daşıyıcıları üçün peşə sahəsində ciddi çətinliklər yaradır və onların internetin inkişafına potensial töhfəsini məhdudlaşdırır.
 
Hazırda Yer kürəsi əhalisinin 240 milyonu ərəb dilində danışır və bu istifadəçilər üçün internet terminləri lüğətinin yaradılması məhz bu çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlardan biridır. Lüğətin ərsəyə gətirilməsi açıq proses olmaqla ona bütün maraqlı tərəflərin qoşulması dəvət olunur, - "Info.nic” yazır. 



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024