12px13px15px17px
Tarix:28/11/14

“GoPro” şirkəti dron istehsalı ilə məşğul olacaq

“The Wall Street Journal” anonim mənbəyə istinadən yazır ki, “GoPro” dron istehsal xətti üzərində işə başlayıb. Pilotsuz təyyarələr "bortunda" qabaqcadan quraşdırılmış kameralarla tədarük olunacaq.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, şirkət bir neçə uçuş aparatı hazırlayacaq. Konfiqurasiyasından asılı olaraq, onların qiyməti  500-1000 dollar təşkil edəcək. Nəşrin məlumatına görə, cihazlar növbəti ilin sonunda satışa çıxarıla bilər. Şirkət hələ ki bu məlumata heç bir şərh verməyib.

Hazırda istehlak məqsədli dronların əsas istehsalçıları “Parrot” və “DJI” şirkətləridir. Bu halda “DJI” şirkətinin standart pilotsuz təyyarəsi “Inspire 1”nin qiyməti 2800 dollardır. “WSJ” nəşrindən bildirilib ki, “GoPro” şirkəti daha ucuz qiymətə uçuş qurğuları yaratsa, o zaman dron bazarında mövqeyini möhkəmləndirəcək.

Emil Hüseynov
 



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024