12px13px15px17px
Tarix:28/11/14

Dünyanın ən böyük günəş elektrik stansiyası işə salınıb

Kaliforniya ştatında dünyanın ən böyük "Topaz Solar Farm" fotoelektrik stansiyası işə salınıb. Sözügedən stansiyanın yaradılmasına iki il bundan əvvəl başlanılıb, o vaxtdan etibarən 9,5 kvadrat mil sahədə təxminən  9 milyon günəş paneli yerləşdirilib. Bu stansiya 180 min ev təsərrüfatını enerji ilə təmin edəcək.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Kaliforniyada günəş stansiyasının ümumi gücü 550 meqavatt təşkil edir. Onun qiyməti 2,5 milyard dollardır.
 
Məlumata əsasən, "Topaz Solar Farm" elektrik stansiyasından istifadə hər il atmosferə karbon qazı tullantılarını 337 min ton azaltmağa imkan verəcək.
 
Emil Hüseynov



Baxış sayı: 1533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024