12px13px15px17px
Tarix:01/12/14

Bu gündən Estoniyada “elektron vətəndaşlıq” rəsmən tətbiq edilir

Dekabrın 1-dən etibarən Estoniyada “elektron vətəndaşlıq” rəsmən tətbiq edilir. Artıq bununla bağlı 12 min vətəndaş müraciət edib. Bu barədə Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Taavi Kotka deyib.
 
Nazirin sözlərinə görə, dövlətin ərazisinin kiçik olması və əhali sayının az olmasına baxmayaraq vətəndaşlar iqtisadi inkişafın çətinliklərinə alışır, rəqəmli tərəqqiyə isə əksinə, asanlıqla nail olurlar.
 
“Bu səbəbdən hökumət tərəfindən “elektron vətəndaşlıq”ın tətbiqi ilə bağlı qərar qəbul edilib. Bu ona görə edilib ki, insanlar həmişə bizim iqtisadiyyatımızın tərkib hissəsi kimi qalaraq istədikləri yerdə yaşasınlar”, - nazir vurğulayıb.
 
Qeyd edək ki, Estoniya Respublikası dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsidir. Bundan sonra 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər. Bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir.
Avropa İttifaqında Estoniya virtual vətəndaşlarının elektron imzaları əl imzaları kimi qanuni hesab ediləcək. Estoniya virtual vətəndaşlığı iş adamlarına və ölkədə bizneslə məşğul olmaq arzusunda olan, lakin yaşayış yerini dəyişmədən Estoniya vətəndaşlığını almaq istəyən insanlara verəcək. Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan “elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır.
 
Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir.
 
Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq.
 
Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir. Estoniya hökumətinin məlumatına görə, bu, kartdan xüsusi quraşdırılmış proqram və kompüterə “USB” ilə qoşulan oxu qurğusu vasitəsilə istifadə etməyə imkan verir.   
 
Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır.
 
15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir. Bundan başqa, ölkədə identifikasiya kartlarının (ID kart) verildiyi on il ərzində təhlükəsizlik sisteminin pozulması ilə bağlı hal qeydə alınmayıb, - "IT Expert” yazır.
 



Baxış sayı: 478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.