12px13px15px17px
Tarix:01/12/14

Ənənəvi televiziya formatı 16 ildən sonra ləğv olunacaq

“Netflix” onlayn videoservisinin rəhbəri Rid Hastinqs “The Hollywood Reporter” portalına müsahibədə bildirib ki, ənənəvi televiziya formatı yaxın 16 il ərzində tamamilə ləğv olunacaq.

Onun sözlərinə görə, abunəçilərə sifarişlə film, serial və televiziya verilişləri təqdim edən ödənişli rəqəmli xidmətlər 2030-cu ilədək internetlə yayımlanan TV proqramlarına tam qalib gələcək.
 
“Ənənəvi televiziya at kimidir. O, avtomobil olmayanadək yaxşı idi”, - R. Hastinqs qeyd edib.
 
Bir müddət əvvəl “Netflix” başçısı internetlə yayımlanan TV proqramlarının hansı sürətlə köhnələcəyi ilə bağlı proqnozlar verib. Məsələn, 2013-cü ilin aprelində o, “Netflix”in inkişaf proqramını dərc edərək 20 ildən sonra interaktiv televiziyaya tam keçidin baş verəcəyi və dünyada televiziya paketlərinə ehtiyac qalmayacağı barədə proqnozlar söyləyib. Proqnozlar dərc edildikdən yarım il sonra "HBO”, “Showtime” və “CBS” kanalları əvvəlcədən tərtib olunmuş proqramlara baxmağa deyil, dərhal lazımi şou proqramlara çıxış əldə etməyə imkan verən öz avtonom əlavələrinin yaradılmasını elan ediblər. 
 
“Netflix” servisinin 54 milyondan çox abunəçisi var. 2014-cü ilin sentyabrında şirkət xidmət göstərdiyi ərazilər siyahısına daha altı Avropa ölkəsini əlavə edib, - "Lenta” yazır.



Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024