12px13px15px17px
Tarix:01/12/14

Azərbaycandilli “Vikipediya”da “Rəssamlıq ayı”na start verilib

Dekabr ayı azərbaycandilli “Vikipediya”da “Rəssamlıq ayı” elan olunub.



“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə,  “Rəssamlıq ayı” –  “Mövzulu ay” layihəsinin bir hissəsi kimi rəssamlıq haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
 
 
Layihə iştirakçıları “Vikipediya: Mövzulu ay/Rəssamlıq ayı/Plan”   səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin rəssamlıqla bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
 
 
Qeyd edək ki, sözügedən layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun  təşəbbüsü ilə həyata keçirilir.
 
 
CAHANGİR
 
 




Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024