12px13px15px17px
Tarix:01/12/14

Nazir ABŞ-ın “Cisco Systems” və “Intel Corporation” şirkətlərinin vitse-prezidentləri ilə görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ABŞ-ın dünyada məşhur "Cisco Systems" və "Intel Corporation" şirkətlərinin vitse-prezidentləri ilə görüşüb.
 
 
Görüşdə nazir Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafına yönələn intensiv fəaliyyətdən, o cümlədən icra edilən dövlət proqramları, həyata keçirilən islahatlar, gerçəkləşən milli və regional layihələrdən söz açıb.
 
Nazir həmçinin, Azərbaycanda İT şirkətlərinin, innovativ sahibkarlığın inkişafı üçün yaradılan əlverişli biznes mühitindən də danışaraq, bu sahədə həyata keçiriləcək perspektiv planları diqqətə çatdırıb.
 
Azərbaycanda həyata keçirilən islahatları maraqla qarşılayan qonaqlar da öz növbəsində, nazirə təmsil etdikləri şirkətlərin fəaliyyət istiqamətləri, o cümlədən korporativ şəbəkələr üçün avadanlıqlar, geniş spektr elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosessorlar, sistem məntiqi qurğuları və s. məhsulların istehsalı və yeni xidmətlər haqda məlumat veriblər.
 
 Daha sonra tərəflər əməkdaşlıq perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.



Baxış sayı: 993

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024