12px13px15px17px
Tarix:01/12/14

Azərbaycanda “Elektron hökumət” “Open Government Data” mərhələsindədir

Hazırda Azərbaycanda “Elektron hökumət” quruculuğunda “Open Government Data” - “Açıq Hökumət Məlumatları” mərhələsi həyata keçirilir.
 
 
Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bu, “Hökumət Məlumatları”nın açıq şəkildə istifadəyə verilməsi mərhələsidir.
 
 
“Açıq Hökumət Məlumatları” azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. Bu məlumatlar mobil proqramların hazırlanmasında istifadə üçün nəzərdə tutulur və bütün əməliyyat sistemləri tərəfindən oxuna bilən formatda olmalıdır. “Açıq Hökumət Məlumatları” çoxçeşidli məlumatları əhatə edir. Bu məlumatlar əsasən real vaxt məlumatları (hava proqnozu, nəqliyyat, birja və s.) və statistik məlumatlar olaraq iki növdə qruplaşdırılır.
 
 
Qeyd edək ki, “Açıq Hökumət Məlumatları” tam şəkildə tətbiq edildikdən sonra ictimai problemlər, gündəlik tələbatlar, mağazada alış-veriş etməkdən tutmuş, istirahətə qədər hər bir şəxsin həyatına yenilik gətirəcək, əlverişli mobil proqram təminatları ödənişsiz olaraq əhalinin istifadəsinə veriləcək. Aylarla məlumat toplanaraq planlaşdırılan işlərin icrası hazır şəkildə təqdim edilən açıq məlumatlar vasitəsilə daha sürətli həyata keçiriləcək və “Elektron hökumət” portalından vətəndaşların və hüquqi şəxslərin daha rahat və daha geniş şəkildə istifadəsinə imkan yaranmış olacaq.
 
CAHANGİR
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti