12px13px15px17px
Tarix:01/12/14

Dünyanın iki 1080P təsvir ölçülü ekranlara malik birinci smartfonu

"Gionee" – Qərbdə "Elife S5.5" və "Elife E5.1" smartfonlarının buraxılışı ilə tanınan Çinin telefon istehsalçısıdır. İndi "Gionee" şirkəti dünyanın iki 1080p formatında ekranlarla təchiz edilmiş birinci smartfonunu təqdim etməyə hazırlaşır.
 
"ICTnews" elektron xəbər xidməti "igeek.ru" saytına istinadən bildirir ki, "Gionee W900" açılıb-bağlanan tipli smartfondur və "Samsung" şirkətinin açılıb-bağlanan smartfonlarına oxşar dizayna malikdir. Daxili və xarici ekranlar 4 düym ölçüsündədir və təsvir ölçüləri 1080x1920 piksel təşkil edir.
 
"W900" modeli "Android 4.4 KitKat" əməliyyat sistemi ilə işləyir, çəkisi 172 qramdır, bağlı vəziyyətdə 14.8 mm qalınlığa malikdir. Qurğu 1.5 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz olunub. Bundan başqa, LTE şəbəkəsini dəstəkləyir, 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera, 2 QB əməli yaddaş, 16 QB daxili yaddaş və 2050 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.
 
Adı çəkilən smartfonun çıxarılma tarixi hələ açıqlanmayıb.
 
Emil Hüseynov
 




Baxış sayı: 457

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım 

15 09 2019