12px13px15px17px
Tarix:02/12/14

“e-Gov 3.0: İnkişaf meyilləri və yeni imkanlar” mövzusunda konfrans keçiriləcək

"Bakutel-2014" Beynəlxalq Тelekommunikasiya və İnformasiya Тexnologiyaları Sərgi-Кonfransı çərçivəsində 3 dekabr 2014-cü il tarixində saat 9:00-da Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "Microsoft" Korporasiyasının təşkilatçılığı ilə "eGov3.0: İnkişaf meyilləri və yeni imkanlar" mövzusunda Beynəlxalq Forum keçiriləcək.

Forum elektron idarəçilik və elektron hökumət sahəsində müxtəlif dünya ölkələrinin qabaqcıl təcrübə və innovativ həllərinin, gələcək inkişaf trendlərinin müəyyən edilməsi sahəsində fikir mübadiləsi üçün platforma kimi çıxış edir.

Forumun əsas məqsədi müxtəlif hökumət qurumları, ölkə nümayəndələri, xarici və yerli mütəxəssislər, alimlər arasında təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır.

 

Forum zamanı aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur:

 

- E-hökumətin gələcək inkişaf trendləri;

- İnformasiya cəmiyyətinin formalaşmasında müasir elektron hökumət həllərinin rolu;

- Vətəndaşyönlü qabaqcıl e-hökumət həlləri;

- E-idarəçilik və infrastrukturun təkmilləşdirilməsi;

- Biznes, bankçılıq, e-təhsil, e-ödəmə, e-nəqliyyat və digər qlobal trendlər;





Baxış sayı: 1289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024