12px13px15px17px
Tarix:01/09/11

Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”

Xəbər verdiyimiz kimi, avqust ayının 21-24 tarixində Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Bilkənd Universitetində “Optimallaşma, idarəetmə və sənaye tətbiqləri” elmi konfransında iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibində BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də olmuşdur. Fikrət müəllimlə görüşüb onun konfrans haqqında təəssüratlarını öyrəndik.

- Fikrət müəllim, konfrans haqqında fikirlərinizi bilmək istərdik...

- İlk öncə qeyd edim ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı, nazir Əli Abbasovun rəhbərliyi ilə konfrans iki dəfə 2005, 2008-ci illərdə Bakıda keçirilmişdir. Türkiyədə keçirilən konfrans da RİTN-in birbaşa təşkilatçılığı ilə baş tutmuşdur.

Konfransda dünyanın 10-dan çox ölkəsindən 70-dən çox tanınmış alim məruzə ilə iştirak edirdi.

Plenar məruzədə Vidiya Saqar (ABŞ), Yamomota (Yaponiya), Konstantinov (Bolqarıstan) və s. idarəetmə və optimallaşdırma sahəsində kifayət qədər tanınmış alimlər məruzə ilə çıxış etdi. Bunlar həm praktika, həm də nəzəri sahədə tanınmış alimlərdir.

Konfransın əsas məqsədi əldə edilmiş yeni nəzəri nəticələrlə yanaşı, onların sənayeyə, iqtisadiyyata tətbiqi metodlarını müəyyənləşdirmək idi.

Xüsusilə qeyd etmək istərdim ki, ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Bəşər, Yaponiya Universitetinin professoru Otaka , Bilkənd Universitetinin professoru E.Arikan, Sofiya Universitetinin professoru P.Petkov, Kiyev Dövlət Universitetinin professoru S.Poqereley və başqaları elmi tutuma malik, olduqca maraqlı məruzələrlə çıxış etdilər.

Maraqlı məqam odur ki, konfransın açılışını Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov etdi.

O, konfransın yaranma tarixi haqqında qısa məlumat verərək qərarların qəbul edilməsində iqtisadi məsələlərin həllində, çoxsaylı elmi-tədqiqatların aparılmasında, mürəkkəb texniki sistemlərin layihələndirilməsində optimallaşdırma və idarəetmənin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.

Cənab nazir Rəqəmsal dünyanın sürətlə böyüdüyünü qeyd edərək bir sıra həlli vacib olan problemləri konfrans iştirakçılarının diqqətinə çatdırdı. Sonda cənab nazir öz çıxışında Azərbaycanda dövlət tərəfindən elmə və təhsilə verilən yüksək diqqət və qayğıdan bəhs etdi.

O, Azərbaycanın neft ölkəsi kimi tanınmasına baxmayaraq, ölkədə elm və təhsilin, eləcə də, informasiya texnologiyalarının inkişafının prioritet olduğunu qeyd etdi. Konfrans iştirakçıları cənab nazirin timsalında elm adamlarının hökumətdə təmsil olunmasını yüksək dəyərləndirdilər.

- Konfransda hansı məsələlər müzakirə edildi?

- Konfransda idarəetmə və optimallaşdırma sahələrində əldə olunan yeni nəticələr onların iqtisadiyyata, informasiya texnologiyaları və sənayenin müxtəlif sahələrinə tətbiqi müzakirə edilmişdir.

Eyni zamanda, indiyə qədər hesablama üsulları müəyyən çətinliklər yaradan bir çox yeni məsələlərin çıxış yolları da konfransda müzakirə mövzusu olub.

Xatırladım ki, konfransın işində ölkəmizdən 15-ə qədər alim məruzə ilə çıxış etdi. Xüsusilə qeyd etmək istərdim ki, İKT və neft sahəsi ilə bağlı məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb oldu.

Konfransda mən iki məruzə ilə çıxış etdim. Onlardan biri kosmik sənayedə istifadə olunan natamam informasiyanın optimal idarəetmə məsələlərinin həlli ilə bağlı idi. İkinci məruzəm isə neft sahəsində qazliftin riyazi modelləşdirilməsinin tətbiqindən bəhs edirdi.

-Növbəti konfrans nə vaxt, harada keçiriləcək?

-Qeyd edim ki, bu konfrans indiyədək 3 ildən bir keçirilirdi. Konfransın vacibliyini nəzərə alaraq təşkilatçıları qərara aldı ki, bundan sonra konfrans iki ildən bir keçirilsin. Xatırladım ki, Ukraynadan, Fransadan, İtaliyadan və Bolqarıstandan konfransın bu ölkələrdə keçirilməsi ilə bağlı təkliflər gəlmişdi. Təşkilatçılar qrupu qərara aldı ki, növbəti konfrans 2013-cü ilin iyulunda Bolqarıstanda keçirilsin.



Baxış sayı: 2107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Fevral 2020

25/02/20
Dronlar üçün lazer peyk rabitə sistemi sınaqdan keçirilib

“General Atomics” şirkəti pilotsuz uçan aparatlar üçün lazer peyk rabitə sistemini sınaqdan keçirib.

25/02/20
Çində tibbi maskalı insanların tanınması üçün sistem tətbiq edilib

Çində insanları maska, şərf və saxta saqqalda müəyyənləşdirən yenilənmiş sifətin tanınması sisteminin tət

25/02/20
“Sony Xperia 1 II” smartfonu nümayiş olunub

Yaponiyanın “Sony” şirkəti ötənilki “Xperia 1” modelinin təkmilləşdirilmiş versiyası olan qabaqcıl “Xperi

25/02/20
Yeni “iPhone” modeli “Wi-Fi 802.11ay” standartını dəstəkləyəcək

Növbəti “iPhone” smartfon modeli “IEEE 802.11ay” kimi tanınan yeni “Wi-Fi” standartını dəstəkləyəcək. O

24 02 2020

24/02/20
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

Bu gün YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası

24/02/20
“5G” avadanlıq bazarında 71% illik artım gözlənilir

“Technavio” analitiklərinin proqnozuna görə, 2023-cü ildə beşinci nəsil (5G) şəbəkələri üçün qlobal avada

24/02/20
“MasterCard” yeriş və ürək döyüntüsü ilə ödəniş etməyi təklif edir

“MasterCard” şirkəti yeriş, üz ifadələri və ürək döyüntüsünə görə şəxsiyyətin eyniləşdirilməsini

24/02/20
Ən ucuz düyməli smartfon təqdim edilib

Pakistanın “Jazz” telekommunikasiya şirkəti “Jazz Digit 4G” adlı dünyanın ən ucuz düyməli smartfonunu buraxıb.

24/02/20
“HAPS Alliance” yüksək hündürlükdə əlçatan internetin inkişafı ilə məşğul olacaq

Telekommunikasiya, texnologiya, aviasiya və aerokosmik şirkətlər qrupu “HAPS Alliance” adlı əməkdaşlıq

24/02/20
Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib

24/02/20
Ştutqart Aeroportunda ekzoskeletlər yükdaşıyanlara kömək edəcək (VİDEO)

Almaniyanın Ştutqart Aeroportunda xüsusi ekzoskeletlər yükdaşıyanların istifadəsinə verilib.

24/02/20
Avropa İttifaqında süni intellekt sahəsinin tənzimlənməsi üzrə plan hazırlanıb

Avropa Komissiyası süni intellekt sənayesi üçün tənzimləyici norma və tələblərin yaradılması üzrə plan tə

24/02/20
Ən sürətli internet hansı ölkədədir?

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını