12px13px15px17px
Tarix:02/12/14

“Bakutel-2014” çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək

Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi - "Bakuтel-2014" çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də 4-5 dekabr tarixlərində keçiriləcək "Elektron dövlət quruculuğu problemləri" I Respublika elmi-praktiki konfransıdır.

Sözügedən konfransın təşkilatçıları Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Konfransda "E-dövlətin elmi-nəzəri əsasları", "E-dövlət quruculuğu strategiyaları", "E-dövlət və e-idarəçilik modelləri", "E-demokratiya və e-seçki sistemi", "E-dövlətin ölçülməsi problemləri və rəqəmsal fərqlilik", "E-dövlətin informasiya təhlükəsizliyi problemləri", "E-dövlətin perspektiv texnologiyaları", "E-dövlətin formalaşdırılmasının normativ-hüquqi bazası" ətrafında müzakirələr aparılacaq, məruzələr dinləniləcək.

Məruzələrdə mövzuların aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki dəyəri əks olunacaq.





Baxış sayı: 1266

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024