12px13px15px17px
Tarix:03/12/14

Azərbaycan mobil rabitə xidmətlərinin tarifləri aşağı düşəcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaxın zamanda mobil rabitə xidmətlərinin tariflərinin endiriləcəyini proqnozlaşdırır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yaxın zamanda mobil rabitə operatorlarının vahid arabağlantı tariflərinə keçəcəklərini bildirib.
 
“Bununla bağlı artıq mobil rabitə operatorları ilə ümumi razılaşma əldə edilib. Mobil rabitə operatorlarının vahid arabağlantı tariflərinə keçməsi  bazarda rəqabətin  balanslaşdırılmasına imkan verəcək”, -  deyə nazir Ə. Abbasov qeyd edib.
 
Nazirin sözlərinə əsasən, yeni arabağlantı qiymətləri daha aşağı olduğu üçün mobil rabitə operatorları da son istifadəçilərə daha aşağı qiymətlə xidmət göstərə biləcəklər.
 
Aynur Vəliyeva



Baxış sayı: 1441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024