12px13px15px17px
Tarix:04/12/14

İnternetdən asılı ölkələr

“AT Kearney” biznes konsaltinqinin yeni araşdırmasına əsasən, internetdın asılı olan ölkələrin reytinqində birinci pillədə Braziliya qərarlaşıb.

Nigeriya və Cənubi Afrika ikinci və üçüncü pillələri bölüşüb. Bu ölkələr, hətta ABŞ-ı ötüb. Belə ki, braziliyalıların 71%-i gün ərzində ən azı bir saat internetdə vaxt keçirirlər.




 
"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, tədqiqatda həftədə ən azı bir dəfə internetdən istifadə edən insanların rəyi soruşulub. Braziliyalı istifadəçilərin 51%-i bildirib ki, onlar bütün günü internetdə olur, 20%-i isə gündə 10 dəfədən çox internetə daxil olduğunu deyib.

Yeni araşdırma əsasında məlum olub ki, 16-35 yaş aralığında (rəyi soruşulmuşların 53%-i) olanlar və subaylar (53%) internetdə daha çox vaxt keçirir.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024