12px13px15px17px
Tarix:04/12/14

“Bluetooth 4.2” spesifikasiyası sayəsində qurğular internetə qoşulacaq

“Bluetooth SIG” təşkilatı “Bluetooth 4.2” simsiz rabitə standartının yeni spesifikasiyasını nümayiş etdirib. Bu versiyada əsas təkmilləşdirmələr “əşyaların interneti” istiqamətində edilib.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Bluetooth 4.2” spesifikasiyası sayəsində xeyli qurğu giriş nöqtəsi vasitəsilə internetə qoşulacaq. Beləliklə, müxtəlif ev “ağıllı” qurğularının internetə çıxışı xeyli sadələşəcək. “Bluetooth 4.2”  spesifikasiyasında məlumatların ötürülməsi sürəti 2.5, keçirtmə qabiliyyəti isə 10 dəfə artacaq. Bundan başqa, enerji sərfiyyatı səviyyəsinin azalmasına nail olunub.
 
“Bluetooth 4.2” spesifikasiyası, həmçinin məlumatların ötürülməsi təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.

“Bluetooth 4.2” spesifikasiyası artıq qurğu istehsalçıları tərəfindən tətbiqə hazırdır. Standartın yeni versiyasını dəstəkləyən həllər 2015-ci ilin birinci yarısında bazara çıxarıla bilər.
 
Emil Hüseynov



Baxış sayı: 630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024