12px13px15px17px
Tarix:04/12/14

“Azərkosmos” ASC və “Gilat” “Azerspace-1” peyki üzərindən birgə xidmətlərin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzaladılar

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC,  dünyada peyk şəbəkəsi texnologiyaları, həllər və xidmətlər üzrə lider olan “Gilat Satellite Networks Ltd.” ilə müştərilərin tələblərinə uyğun cavab verən və geniş tətbiq sahələri olan peyk xidmətləri üçün “Sky Edge II-c” şəbəkəsinin istifadəsinə dair müqavilə imzaladılar. 
 
“Gilat”ın baş icraçı direktoru Erez Antebi qeyd edib ki; “Biz  Azərbaycanın və Mərkəzi Asiya regionunun aparıcı peyk operatoru tərəfindən seçildiyimiz üçün çox şadıq. “Azərkosmos” ilə birgə müştərilərə, özəl və dövlət sektorundan olan qurumlara  yüksək kommunikasiya xidmətlərinin göstərilməsi bizim üçün qürurverici bir haldır”. 
 
Məlumat üçün bildirək ki, “Gilat Satellite Networks Ltd.” (NASDAQ, TASE: GILT)   peyk əsaslı genişzolaqlı kommunikasiya məhsulları və xidmətləri təklif edən aparıcı şirkətdir. “Gilat” müxtəlif növ yüksək keyfiyyətli yerüstü avadanlıq və VSAT-ların istehsalı və satışını həyata keçirir. Ka-diapazon bazarından olan müştərilər şirkət üçün yüksək əhəmiyyət kəsb edir.  Əlavə olaraq, “Gilat”  mobil  “SOTM” (Satellite-on-the-Move) həllər, aşağı hündürlüklü antenalar, yeni  nəsil  tranzistor gücləndiriciləri və modemlər təklif edir. 25 ildən çox təcrübəyə malik və 85-dən çox ölkəyə bir milyondan artıq məhsul ixrac edən “Gilat”  müəssisələri, xidmət göstərən şirkətləri və operatorları effektiv və yüksək etibarlı peyk əsaslı rabitə və mobil həllərlə təmin edir.
 



Baxış sayı: 920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024