12px13px15px17px
Tarix:05/12/14

“Xəzər” TV “Azerspace-1” peyki vasitəsilə HD keyfiyyəti ilə yayıma başlayacaq

Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC və "Xəzər TV" MMC hazırda 11169/H/20400 tezliyi ilə "Azerspace-1" peyki üzərindən SD (standard definition) keyfiyyətində yayımlanan Xəzər TV-nin 2015-ci ildən etibarən HD (high definition) keyfiyyətində yayımına dair Anlaşma Memorandumu imzaladılar.

Memorandum "Bakutel 2014" Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində imzalanıb. Memoranduma əsasən kanal 2015-ci ildə öz infrastrukturunu ən müasir texnologiyaya uyğun olan, habelə HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək, televiziya məhsullarını HD keyfiyyətində istehsal edəcək və Azərbaycan kanalları arasında HD keyfiyyətdə yayımlanacaq ilk telekanal olacaq.
 
Qeyd edək ki, HD formatda olan təsvirdə SD formatla müqayisədə ortalama iki dəfə daha çox piksel (təsviri formalaşdıran element) olur.

Təsvir nə qədər çox pikseldən ibarətdirsə, onun keyfiyyəti də bir o qədər yüksəkdir. Nəticə etibarilə HD formatda olan görüntü daha dolğun olur və öz növbəsində tamaşaçıya daha yüksək keyfiyyətli görüntü izləmək imkanı verir.
 



Baxış sayı: 1292

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024