12px13px15px17px
Tarix:05/12/14

Rabitəçilərin ənənəvi “Sağlamlıq – 2014” Respublika Spartakiadası başa çatıb

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 133   illiyinin  qeyd olunması ilə əlaqədar rabitəçilərin   ənənəvi  “Sağlamlıq – 2014” Respublika Spartakiadası yüksək səviyyədə başa çatıb. 
 
 Yarışların əsas məqsədi rabitə sahəsində çalışan işçilərin sağlamlığının qorunması və onların fiziki cəhətdən möhkəmləndirilməsinin təmin edilməsi, habelə AHİTA-nın sahələrarası keçiriləcək Spartakiadasında  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı idman növləri üzrə yığma komandalarının heyətlərinin müəyyən edilməsi idi.
 
          Artıq 22-ci dəfədir keçirilən spartakiadanın builki  proqramına 9  idman növü atletika - voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı daxil edilib.
 
         Yarışlarda 950-yə yaxın idmançı iştirak edib ki, onların da 70-i qadın idmançı olub.   
 
         Keçirilən yarışlarda “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi, Hərbiləşdirilmiş Mühafizə İdarəsi, “Teleradio” İstehsalat Birliyi, “Aztelekom” İstehsalat Birliyi, Azərbaycan Texniki Universiteti hər biri - 9, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi - 8, Məlumat Hesablama Mərkəzi - 6, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti - 5, “Bakcell LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti - 4, “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti  – 3, “DİLMANC” Layihəsi - 1  idman növündə iştirak  edib.
 
                  Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Sağlamlıq – 2014” Respublika Spartakiadasının yekununa görə ümumkomanda hesabında yerlər aşağıdakı kimidir:
 
1. “Aztelekom” İstehsalat Birliyi

2.  “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi

3.  Azərbaycan Texniki Universiteti

4.  Hərbiləşdirilmiş Mühafizə İdarəsi

5.  “Teleradio” İstehsalat Birliyi

6.   Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi

7.   Məlumat Hesablama Mərkəzi

8.  “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

9.  “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti

10. “Bakcell LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti

11. “Azercell Telekom”  Məhdud Məsuliyyətli Cəmiyyəti

12. Dövlət Radiotezliklər İdarəsi

13.”DİLMANC” layihəsi
 
          
          Spartakiadanın proqramına daxıl olan idman növləri üzrə keçirilən yarışlarda I, II və III yerləri tutan komandalar Fəxri Fərmanla, həmin komandaların üzvləri isə pul mükafatları ilə təltif olunurlar.
         
                      .
           Yarışların yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rabitə İşçiləri MHİ Respublika Komitəsinin və “Spartak” KBTİC Respublika Şurasının fəal əməkdaşlığı nəticəsində mümkün olub.
 
           Sonda qeyd etmək lazımdır ki, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Sağlamlıq – 2014” Respublika Spartakiadası zəhmətkeşlər arasında bədən tərbiyəsi və idmanın inkişafı və onların müntəzəm olaraq idman məşğələlərinə cəlb edilməsi istiqamətində keçirilən böyük tədbir kimi qiymətləndirilir.
 
  
 



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə