12px13px15px17px
Tarix:02/09/11

“Java” proqramlaşdırma dilinin “atası” robot düzəldəcək (VİDEO)

Ən məşhur proqramlaşdırma dillərindən birinin (Java) müəllifi olan Ceyms Qoslinq 6 ay əvvəl “Google”-da çalışırdı, indi isə o, pilotsuz dəniz nəqliyyatının kiçik istehsalçısının inkişafına kömək edəcək.

Keçən ilin aprel ayında məşhur Kanada proqramçısı “Sun Microsystems” şirkətindən ( o, orda Java proqramlaşdırma dilini yaradıb) çıxıb; bu hadisə yeni rəhbərliklə fikir ayrılıqlarına görə baş verib.

Cari ilin mart ayında o, “Google” şirkətində işə düzəlib; indi isə yeni sahədə özünü sınamağa qərar verib.

“Liquid Robotics” şirkəti günəş batareyaları ilə işləyən üzən avtomat qurğuların istehsalı ilə məşğuldur.

Bu robotlar sutkalarla dəniz-okean səthində dayanaraq alim, ekoloq və başqa əlaqədar şəxslər üçün lazımlı informasiyanı toplaya bilər.

Proqramçı aparıcı yaradıcı vəzifəsinə malikdir, ona görə də sensor və naviqasiya sistemləri də daxil olmaqla, qurğuların bütün proqram təminatı üçün məsuliyyət daşıyacaq. Bundan başqa, onun vəzifələrinə aparatlar arasında kommunikasiyaların təkmilləşdirilməsi, həmçinin "bulud" xidmətinin yaradılması daxildir.






Baxış sayı: 2078

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024