12px13px15px17px
Tarix:08/12/14

Mediada ən nüfuzlu şəxs kimdir?

Britaniyanın "The Guardian" qəzeti "Google"un həmtəsisçisi Larri Peyci mediada ən nüfuzlu şəxs olduğunu yazıb. Nəşr vurğulayıb ki, Peyc dördüncü dəfə "MediaGuardian 100"də birincidir.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, ikinci pillədə "Facebook"un yaradıcısı və baş direktoru Mark Zukerberq, üçüncüdə "Apple"ın direktoru Tim Kuk qərarlaşıb. Dördüncü pillədə "BBC"nin baş direktoru Toni Xoll yer alıb. "Amazon.com"un yaradıcısı və direktoru Ceff Bezos beşinci pillə ilə kifayətlənib.

Bu, "MediaGuardian 100"ün 14-cü reytinqidir. İlk dəfə belə siyahı 2001-ci ildə tərtib edilib.

Emil Hüseynov



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024