12px13px15px17px
Tarix:09/12/14

Bölgələrdə yeni xəbər portalları yaradılır

Azərbaycanda paytaxtla yanaşı, bölgələrdə də internet istifadəçilərinin sayının çoxalması, rayonları əhatə edəcək onlayn media məsələləri gündəmə gətirilib.

Yerlərdə baş verən hadisələrin, ictimai-siyasi proseslərin, bölgədə yaşayan ziyalıların daha da tanıdılması və digər məsələlərlə bağlı informasiyaların daha tez yayılması üçün yerli saytların yaradılmasına zəmin yaranıb.
 
Bu məqsədlə ərsəyə gətirilən “www.agsunews.az” xəbər portalı yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Portal bölgələrdə onlayn medianın inkişafına öz dəstəyini vermək məqsədilə “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Sarılı” MMC tərəfindən hazırlanıb.
 
Saytda Ağsu, Şamaxı, Kürdəmir, İsmayıllı, Göyçay, Qobustan rayonlarında baş vermiş ictimai, sosial, iqtisadi, mədəni, turizm, idman, səhiyyə, texnologiya sahələrini əhatə edən, eləcə də elmi mövzularda xəbərlərin paylaşılması nəzərdə tutulub.
 
 Eyni zamanda, portalda bölgə ilə bağlı geniş foto və videomateriallar yerləşdiriləcək. Saytda, həmçinin tanınmış və bölgə yazarlarının həm bölgənin, həm də bütövlükdə ölkəmizin tarixi, mədəni, sosial-iqtisadi məsələləri ilə bağlı maraqlı araşdırmaları, məqalələri və fikirləri öz əksini tapacaq. 
 
SEYMUR



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024