12px13px15px17px
Tarix:09/12/14

Elektron xidmət növlərinin siyahısına yeni bənd artırılıb

Kənd Təsərrüfatı Nazirliyinin elektron xidmətlərinin sırasına yeni xidmət əlavə olunub.
 
Azərbaycan Nazirlər Kabineti (NK) “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edib.
 
“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na  “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu” məzmunda 10.15-ci bənd əlavə edilib.
 
Qeyd edək ki, Nazirlər Kabineti dəyişiklik barədə qərarı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edib.
 
CAHANGİR
 



Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024