12px13px15px17px
Tarix:09/12/14

MİS-in formalaşdırılması yeni biliklər, elmi innovasiya və yüksək texnologiyalara əsaslanan sənaye cəmiyyətinin qurulmasının ilkin mərhələsini təşkil edə bilər

Milli innovasiya sisteminin (MİS) formalaşdırılması yeni biliklər, elmi innovasiya və yüksək texnologiyalara əsaslanan iqtisadiyyat və sənaye cəmiyyətinin qurulmasının ilkin mərhələsini təşkil edə bilər. Bu fikri AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov EİM-in təşkilatçılığı ilə “Azərbaycanda milli innovasiya sisteminin formalaşması və inkişafı” mövzusunda keçirilən respublika elmi-praktiki seminarında bildirib.
 
AMEA-dan qeyd edilib ki, seminarı giriş sözü ilə açan A.Namazov elmi-praktiki tədbirin məqsədinin milli innovasiya sisteminin formalaşması və idarə olunması istiqamətində beynəlxalq təcrübə mübadiləsi aparmaq, onun alt sistemlərinin icrası ilə əlaqədar görülən işləri, zəruri məsələləri nəzərə çatdırmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkəmizdə innovasiya fəaliyyətinin inkişaf etdirilməsinin metodoloji əsaslarının müasir şəraitə uyğunlaşdırılmasına, innovasiyalara əsaslanan yeni iqtisadi inkişaf mexanizmlərinin işlənməsinə ehtiyac var.
 
Alim qeyd edib ki, rəhbərlik etdiyi mərkəz tərəfindən “Azərbaycan Respublikasının innovasiya siyasəti konsepsiyası”, “Milli innovasiya sisteminin formalaşması və inkişafı proqramı”, " Azərbaycan Respublikasında innovasiya fəaliyyətinə dövlət dəstəyi və tənzimlənməsi haqqında qanun” layihələri hazırlanıb, AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qiymət verilməklə, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilib.
 
 
Daha sonra professor Fərman Qasımov “Elmi-tədqiqat və tədris müəssisələrinin innovasiya aktivliyinin qiymətləndirilməsi”, professor Təbriz Əliyev “Sənayedə innovasiyaların tətbiqi proqramının işlənilməsinin metodiki aspektləri”, biologiya üzrə fəlsəfə doktoru Təmraz Təmrazov “Azərbaycanda innovasiya texnologiyalarının vəziyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
 
 
Qeyd edək ki, respublika elmi-praktiki seminarında innovasiya sahəsində çalışan alim və mütəxəssislər, respublika nazirlikləri və komitələrinin nümayəndələri, ekspertlər iştirak ediblər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1133

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024