12px13px15px17px
Tarix:10/12/14

Hər iki fotomodulu 13 meqapiksel olan “Micromax Canvas Selfie” nümayiş etdirilib

Hindistanın “Micromax” smartfon istehsalçısı “selfi” həvəskarları üçün smartfonunu nümayiş etdirib. Yeni qurğu “Canvas Selfie” adlanır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “selfi” həvəskarları üçün 13 meqapiksellik ön kamera quraşdırılıb. Qurğunun arxa tərəfində yerləşdirilmiş fotomodul, həmçinin eyni matrisə malikdir. Hər iki tərəfdən zəif işıqlandırma şəraitində çəkiliş üçün işıq diodu işıqlandırıcısı quraşdırılıb.
 
“Micromax Canvas Selfie” smartfonu 1280x720 piksel təsvir ölçülü 4.7 düymlük ekran və “Gorilla Glass 3” qoruyucu şüşəsi, 1.7 QHs takt tezlikli səkkiznüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Rəqəmli məzmunun saxlanılmasından ötrü, həmçinin həcmi 32 QB-dək olan “microSD” çıxarılıb taxılan daşıyıcılarından istifadə etmək olar.
 
Simsiz kommunikasiyaların siyahısında, hansılarla ki, təqdim edilmiş (təsəvvür edilmiş) telefonu birləşdirəcəyik, “3G”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth” hesab olunur, GPS. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. “Android 4.4 KitKat” əməliyyat sistemi ilə idarə olunan smartfon SİM kartlar (nanoSIM formatı) üçün iki slotla təchiz edilib.
 
“Micromax Canvas Selfie” smartfonu 2015-ci ilin yanvarında satışa çıxarılacaq. İstehsalçı aparatın qiymətini açıqlamayıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2021

19/04/21
2021-ci ilin ən innovativ şirkətlərinin adı açıqlanıb

“Boston Consulting Group”un analitikləri tərəfindən dərc edilmiş 2021-ci ilin ən innovativ şirkətlərinin

19/04/21
“Adobe” şirkətinin həmtəsisçisi vəfat edib

“Adobe” şirkətinin həmtəsisçisi Çarlz Qeşke 81 yaşında vəfat edib. Bu barədə “Associated Press”

19/04/21
“SpaceX” şirkəti Aya astronavtlar göndərəcək

İlon Maska məxsus “SpaceX” şirkəti Aya astronavtlar göndərəcək. Şirkət ABŞ Kosmik Agentliyinin (NASA) müv

19/04/21
“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud reji

19/04/21
Smartfon və fərdi kompüterlər bazarı ilə bağlı proqnoz açqılanıb

“Gartner” analitik şirkəti fərdi kompüter, planşet və smartfonlar bazarının vəziyyəti ilə bağlı proqnoz a

18 04 2021