12px13px15px17px
Tarix:10/12/14

Avropa İttifaqı Hindistan hakimiyyətini Finlandiya şirkətinin fabrikini bağlamaqda günahlandırıb

Avropa İttifaqı (Aİ) Finlandiyanın “Nokia” şirkətinin Tamiland ştatında yerləşən iri fabrikinin fəaliyyətinin dayandırılmasına görə məsuliyyəti Hindistan hakimiyyətinin daşımasını açıqlayıb. Hakimiyyət nümayəndələri qeyd edirlər ki, müəssisənin bağlanması ölkənin informasiya texnologiyaları (İT) iqtisadiyyatına təsir göstərməyəcək.
 
2014-cü ilin aprelində “Nokia” Çennai şəhərində yerləşən mobil qurğu istehsalı üzrə zavod istisna olmaqla bütün telefon aktivlərini “Microsoft” korporasiyasına satıb. Zavod “Nokia”nın Hindistan hakimiyyəti tərəfindən vergidən yayınmada günahlandırılmasına görə ABŞ istehsalçısının mülkiyyətinə keçməyib. Noyabrda isə fabrik fəaliyyətini dayandırıb. 6500 işçinin təxminən 5 mini pul kompensasiyası müqabilində işdən könüllü çıxmaq barədə ərizə yazıb.  
 
Hindistana rəsmi səfərə gələn Aİ səfiri Juau Kravinonun sözlərinə görə, bağlanan zavod Tamilandın Avropa investorları üçün cəlbediciliyi baxımından əhəmiyyətli olub.
 
“Ştat hökumətinin müəssisəyə kömək etməməsini başa düşə bilmirəm. Bunun nəticəsində adamların çoxu işini itirib”, - “J.Kravino deyib.
 
Ştatın hakim partiyasının nümayəndəsi bəyanata cavab olaraq bildirib ki, hökumət baş verənlərdən kənarda qalmayıb və fabrikin fəaliyyətinin bərpa olunması və infrastrukturun təmini üçün bir sıra tədbirlər görüb. Onun sözlərinə görə, zavodun fəaliyyətinin dayandırılmasının qarşısını almaq mümkün olmasa da, bu fakt İT ixracına əhəmiyyətli təsir göstərməyəcək, - "DailyComm ” yazır.



Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024